AZ

“Vahid Əziz və Sabir Rüstəmxanlıdan daha güclü yazıram, onlar silinib gedəcəklər” - QALMAQALLI AÇIQLAMA

“Əvvəla, şair kimi yox, peşəkar oxucu - filoloq kimi fikirlərimi ortaya qoyuram. Şair, yazıçı olmaya da bilərəm. Bu baxımdan, opponentlərin bu fikrini absurd hesab edirəm. Hər fikir bildirən nəsə yazmalıdır deyə bir şey yoxdur. Kökündən yanlış yanaşmadır. Digər tərəfdən, yaradıcılıqlarını şişirdilmiş hesab etmirəm, sənətkarlıq müstəvisində dəyərləndirərək bildirirəm ki, ortada sənət yoxdur...” 

 

Bu sözləri Pravda.az-a müsahibəsində tənqidi fikiləri ilə sosial şəbəkələrdə gündəmə gələn  gənc yazıçı, şair Tural Turan bildirib. 

 

“Təbii ki, sənətkarlıqlarını yüksək qiymətləndirdiyim şairlər də var. Poeziyada Vaqif Bayatlını, Əlisəmid Kürü və digərlərini buna misal göstərə bilərəm. Nəsrdə İsa Muğanna, Mövlud Süleymanlı, Əkrəm Əylisli, Cəlil Məmmədquluzadə, Yusif Səmədoğlu böyük sənətkarlıq nümunələri ortaya qoyublar. Altı kitabım çapdan çıxıb, bu barədə oxucular danışsa, tənqidçilər konseptual mətnlər ortaya qoysa, daha yaxşı olar. Məsələn, deyirəm ki, bəzi Xalq şairləri olduqca zəif mətnləri bu xalqa sırımağa çalışıblar. Bəzilərində isə, ümumiyyətlə, mətn yoxdur. Məsələn, Vahid Əziz, Sabir Rüstəmxanlı və s. Hər ikisi Xalq şairidir. Amma düşünürəm ki, təvazökarlıqdan uzaq olsa da, mən onlardan daha güclü yazıram. Bunu əlimi vicdanıma söykəyərək deyirəm. Hər ikisi publisistik mətnlər ortaya qoyur. Bu da o deməkdir ki, bir müddət sonra ədəbiyyat tariximizdən silinib gedəcəklər. Hətta "Yalnızlığın gündəliyi" şeirim Sabir bəyin, Vahid müəllimin bütün külliyyatına bərabərdir. Fikrimi əsaslandıra bilərəm. Məsələ nədən yox, necə yazmaqdır. Ortaya sənət qoymaq lazımdır”, - T.Turan bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 10 Dekabr 2024, 11:52   
Seçilən
59
1
pravda.az

2Mənbələr