Tovuzda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb.
Hadisə ötən gün saat 7 radələrində Düz Cırdaxan kəndində baş verib.
Belə ki, kənd sakini 2022-ci il təvəllüdlü Zəhra Etibar qızı Musayeva yaşadığı evdə pilləkəndən yıxılıb.
Azyaşlı xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Mənbə: oxu.az