İngiltərənin Lancaster bölgəsində yaşayan 17 yaşlı gənc öz biznesini qurub. Kailan Makdonal adlı gənc iki il əvvəl anasından Milad hədiyyəsi olaraq aldığı əl işləri dəsti sayəsində öz biznesini quraraq uğur qazanıb.
News24.az xəbər verir ki, fərdi stikerlər və köçürmə çapı ilə məşğul olan gənc sahibkar ayda 20 min dollardan çox qazanır.
Makdonalın uğuru məktəbdə bəxtsiz bir şagird kimi aldığı 191 dollarlıq rəqəmsal rəsm və kəsim makinası ilə başlayıb. Anası Karen Nyuşemin hədiyyəsi ilə fərdi məhsullar hazırlamağa başlayan Makdonald məhsullarını sosial şəbəkədə paylaşaraq sifarişlər alıb. Əvvəlcə evdə gündə üç saat işləyərək ayda 200 məhsul satan Makdonald artan tələbatla sənaye printerlərinə sərmayə qoyub.
Gündə 16 saat, həftənin altı günü işlədiyini deyən Makdonald deyib ki, bu, indiyə qədər aldığı ən yaxşı Milad hədiyyəsidir. “Təcrübə olaraq başladım, amma biznesim çox böyüdü. Demək olar ki, dayanmağa vaxtım yoxdur. Sifarişləri çatdıra bilmirəm”, - deyə o bildirib.
Anası Karen Nyuşam isə oğlunun məktəb həyatında yaşadığı çətinliklərdən narahat olduğunu söyləyib.
Aynurə