Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk karyerası ilə bağlı yeni qərar qəbul edib.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, millimizin üzvü Cənubi Koreyanın "Daejeon Hana Citizen" klubu ilə müqavilə müddətini artırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Anton Krivotsyuk 2023-cü ilin fevralından Cənubi Koreya klubunun formasını geyinir.
İdman.biz