AZ

Azərbaycan klublarının dünya reytinqi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) klubların yeni dünya reytinqi açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, reytinqi IFFHS özünün rəsmi saytında yayımlayıb.

Azərbaycan cədvəldə 4 klubla təmsil olunub. Onların arasında “Qarabağ” ən yaxşı göstəriciyə malikdi. Ağdam təmsilçisi 177,50 xalla dünyada 67-cidı. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 5 pillə irəliləyib.

“Zirə” 94,25 xalla 219-cu yerdədir. Paytaxt klubunun mövqeyi dəyişməyib.

62,50 xalı olan “Sabah” 9 pillə irəliləyərək 409-cu yerdə qərarlaşıb.

Bundan əlavə, "Turan Tovuz" da siyahıya düşüb. Bölgə klubu 53,75 xalla 496-cıdı.

Qeyd edək ki, siyahıya 388 xalla İspaniya "Rea"lı başçılıq edir.

Seçilən
5
2
football-plus.az

4Mənbələr