Bakı. Trend:
Dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərmanvasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslərcərimələnəcək.
Trend xəbərverir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləniclasında müzakirə edilən Cinayət Məcəlləsinə dəyişiklikdə əksinitapıb.
Layihəyə əsasən, “Dərman vasitələri haqqında" qanunda nəzərdətutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinədaxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görəvəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqişəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cəriməediləcək.
Təklif edilən yeni -221.13-cü maddədə isə dərman vasitəsininAzərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisindəvə ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyitəqdirdə, həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqındavəsiqənin sahibi tərəfindən aptek təşkilatının Azərbaycan dilindəolan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəzifəli şəxslərmin beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beşmin manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.
Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatıqablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərmanvasitəsini müşayiət etmədiyi təqdirdə, istehlakçının tələbiəsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərəkona təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilməsitəklif edilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.