1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyəli hakim Halil Umut Meler noyabrın 30-da Səudiyyə Ərəbistanında "Əş-Şabab" - "Əl-Hilal" matçını idarə edib. Qarşılaşma hakim səhvləri ilə yadda qalıb.
Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Manuel Navarro səhvlərdən sonra Halil Umut Melerin bir daha matçlara çağırmayacağını bildirib:
"Matçda ciddi səhv edən hakim varsa, onu bir daha matçlarımıza çağırmayacağıq. "Əş-Şabab" - "Əl-Hilal" matçında nəticəyə təsir edən hakim səhvləri var idi".
"Əş-Şabab" klubu "Əl-Hilal"la matçdan sonra Melerdən Hakimlər Komitəsinə şikayət edib.
Xatırladaq ki, türkiyəli hakim "Əl-Hilal"ın futbolçusu Kalidou Koulibalı və "Əş-Şabab"ın futbolçusu Nader Abdullah Əş Şərarini qırmızı vərəqə ilə meydandan qovub. Həmçinin ev sahibinin qolunu ləğv edib.
Qeyd edək ki, Halil Umut Meler ötən mövsüm yanvar ayının 11-də Türkiyə Superliqasının 15-ci turunda "Ankaragücü" -"Rizespor" görüşündən sonra meydan sahibi klubunun prezidenti Faruk Koca tərəfindən döyülmüşdü. Baş hakim bu hadisədən sonra Türkiyə Superliqasında oyun idarə etmək istəmədiyini bildirmişdi.