AZ

Mirsalam Qənbərov: 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda 273 ekoloji layihə həyata keçirilib

Xankəndi, 10 dekabr, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzurda 2024-cü ildə, ümumilikdə, 273 ekoloji layihə həyata keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Xankəndidə ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

M.Qənbərov bildirib ki, layihələrin icrası və qiymətləndirilməsi paralel aparılır. Layihələr bütün dövlət qurumları ilə razılaşdırılmalı və sonra icra edilməsinə başlanılmalıdır. Qiymətləndirilmə düzgün edilməyəndə illər sonra ekoloji fəsadlar ortaya çıxa bilər.

Seçilən
35
5
azertag.az

6Mənbələr