AZ

Berdiməhəmmədov 276 nəfəri əfv etdi

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov dekabrın 12-də qeyd olunan Beynəlxalq Bitərəflik Günü ilə bağlı 276 məhkumu əfv edib.

“AzPolitika” xəbər verir ki, Türkmənistan rəsmi mediasının yazdığına görə, Prezident bu qərarı Nazirlər Kabinetinin geniş iclasında elan edib.

Berdiməhəmmədovun qeyd etdiyi kimi, ənənəyə uyğun olaraq, əfvlər cinayət törətməkdə təqsirli bilinən, lakin törətdiyi əməllərdən səmimi qəlbdən peşman olan vətəndaşlar üçün həyata keçirilir. O, belə aksiyaların mütəmadi olaraq həyata keçirildiyini xatırladıb.

“AzPolitika.info”

Seçilən
53
azpolitika.info

1Mənbələr