Qida əlavələrinin reseptə yazılması qadağandır.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Əhliman Əmiraslanov deyib.
“Bəzən həkimlər lazım olmayan halda aktiv qida əlavələrini reseptə yazırdılar. Əgər həkim hesab edirsə ki, faydası olacaq, o zaman tövsiyə edə bilər. Amma həkim qida əlavələrini resepetə yaza bilməz. Qida əlavələrin reseptə yazılması doğru deyil”, - deputat bildirib.