AZ

Emin Əmrullayev bəzi universitetlərdən gileyləndi

"Azərbaycan universitetlərində müəllimlərin standart 500 saat dərs keçib professor olması vacib deyil"

Gundem.az xəbər verir ki, bunu Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bu yanaşmanın doğru olmadığını bildirib: "Çünki təhsil sistemi yalnız saatların cəmindən ibarət deyil. Bəzi universitetlərdə tədqiqat aparmaq üçün otaq belə yoxdur. Bu halda həmin şəxslərdən tədqiqat aparmalarını gözləmək doğru olmaz".

O qeyd edib ki, Azərbaycanda həm ali, həm də elmi-tədqiqat müəssisələrinin sayı bizimlə eyni qədər əhalisi olan ölkələrlə müqayisədə daha çoxdur: "Amma təəssüf ki, bu saya uyğun elmi-tədqiqat işləri yoxdur".

Emin Əmrullayevin sözlərinə görə, bunun səbəbi statusla bağlıdır: "Biz nə qədər statuslara fikir verib fəaliyyətə fikir verməyəcəyiksə, birincinin sayının artması, ikincinin olmaması reallığı olacaq. Amma çalışmalıyıq ki, saylarla elmi fəaliyyəti bir-birinə uzlaşdıraq. Elmi fəaliyyəti olmayan elmi müəssisə olmamalıdır. Bu, çətin prosesdir. Amma, məncə, bu prosesdə birgə irəliləməliyik".

 

Seçilən
1
10
gundem.az

10Mənbələr