Bakı. Trend:
Dünəndən etibarən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeniekspres avtobus marşrutu istifadəyə verilib.
Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaqməntəqəsi “20 Yanvar” metrostansiyası (ADSEA-nin inzibati binasınınyaxınlığında) müəyyən edilib.
Əks istiqamətə isə avtobuslar “20 Yanvar” metrostansiyasınındigər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında)dayanır.
Bu, Bakı-Sumqayıt yolunda sıxlığa necə təsir edəcək?
Məsələ ilə bağlı nəqliyyat məsəslələri üzrə ekspert Fuad ƏliyevTrend-ə bildiribki, metronun “20 Yanvar” metrostansiyasından Sumqayıta yeni marşrutxətti istifadəyə verildikdən sonra bir sıra müsbət təsirlərgözlənilir.
"Belə ki, yeni marşrut xətti sərnişinlərə Sumqayıt istiqamətinədaha sürətli və rahat getmək imkanı yaradacaq. Xüsusilə metronun“20 Yanvar” stansiyasından başlayaraq, sərnişinlər digər nəqliyyatvasitələrinə qoşulmadan birbaşa Sumqayıta gedə biləcəklər. Bu,onların vaxt itkisini azaldacaq.
Marşrut xəttinin mövcudluğu Sumqayıta getmək istəyənsərnişinlərə başqa nəqliyyat vasitələrindən istifadə etməyə ehtiyacqalmadan, birbaşa və sürətli bir seçim təklif edəcək. Bu yenimarşrut, “20 Yanvar” stansiyasından gələn və Sumqayıta gedənsərnişinlərin sayını nəzərə alaraq, digər marşrutlardakı sıxlığıazalda bilər. Beləliklə, metronun digər stansiyalarında və digəravtobus marşrutlarında tıxaclar azalacaq.
Bakıdan Sumqayıta gedən sərnişinlər üçün bu yeni marşrutrahatlıqla alternativ olacaq, bu da şəhərdən çıxışda və Sumqayıtərazisində tıxacların azalmasına səbəb ola bilər. Yeni marşrutxətti şəxsi avtomobillərin sayını azaldaraq, nəqliyyatda karbonemissiyalarının azalmasına səbəb ola bilər. Daha çox sərnişinictimai nəqliyyatdan istifadə edəcək və bu da şəhərin atmosferinindaha təmiz olmasına kömək edə bilər.
Bu yeni xətt Bakı-Sumqayıt nəqliyyat şəbəkəsinin daha effektivvə əlaqəli olmasına səbəb olacaq. Sərnişinlər bir neçə nəqliyyatvasitəsindən istifadə etmədən rahatlıqla getmək istədikləriistiqamətə çatacaqlar. Bu isə ümumilikdə şəhər və şəhərarasınəqliyyat sistemlərinin inkişafına müsbət təsir edəcək. Bütün buamillər yeni marşrut xəttinin istifadəyə verilməsinin, həmsərnişinlərə, həm də şəhər nəqliyyatına müsbət təsir göstərəcəyiqənaətinə gəlməyə səbəb olur", - o qeyd edib.
Qeyd edək ki, marşrut üzrə gediş haqqı 0.80 manat müəyyənolunub.