İsveçdə yerli "Elfsborq" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası oyununun hakimləri müəyyənləşib.
Qarşılaşma Portuqaliyadan olan ədalət təmsilçilərinə həvalə edilib.
FIFA referisi Antoniu Nobreyə Pedro Ribeyru və Nelson Pereyra kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Andre Narçiso yerinə yetirəcək.
Stefano Podeski (San Marino) hakim-inspektor, Yan Atkins (İngiltərə) UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.