AzTV-də yayımlanan "Düşən pullar" şousunda bu dəfə məşhurlar deyil, siravi vətandaşlar iştirak ediblər.
Paralel.az milli.az-a istinadən xəbər verir ki, 2 nəfərdən ibarət şəxsin komanda olaraq qoşulduğu bu yarışmada iştirakçılardan biri qazi olub.
O, yarışa başlamazdan öncə oyunu İkinci Qarabağ Müharibəsində şəhid olmuş qardaşına həsr etdiyini bildirib.
Sonda final sualına cavab verən layihənin iştirakçıları 2500 manatın sahibi olublar.