AZ

AFFA araşdırmaya başladı

style='margin-bottom:10px;'>

AFFA "Şamaxı"nın müqaviləsinə xitam verdiyi iki futbolçu ilə bağlı açıqlama verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli QOL.az-a açıqlamasında adı danışılmış oyunlarda iştirakda hallanan Adil Nağıyev və Georgi Kantariya ilə bağlı məsələ ilə bağlı araşdırmadan sonra ətraflı məlumat veriləcəyini bildirib:  

"Sözügedən məsələ diqqətimizdədir. İctimaiyyətə bu haqda müvafiq araşdırmalar aparıldıqdan sonra geniş məlumat veriləcək"- deyə AFFA rəsmisi qeyd edib.

Xatırladaq ki, “Şamaxı” klubu dünən açıqlama yayaraq müdafiəçi Adil Nağıyev və gürcüstanlı yarımmüdafiəçi Giorgi Kantariya ilə müqaviləyə xitam verildiyini bildirib. Qeyd olunub ki, məsələ ilə bağlı  hazırda başqa bir açıqlama verilməsini istəmirlər. 

Seçilən
11
teleqraf.com

1Mənbələr