AZ

Ruslar Suriyadan qaçır

Rusiya qoşunları, silahları və texnikanın qalıqlarını təxliyə etmək üçün hərbi gəmilər və hərbi-nəqliyyat təyyarələrindən istifadə edərək Suriyadan Rusiyaya geri çəkilir. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Ruslar Suriyadan geri çəkilmək üçün hərbi-nəqliyyat təyyarələrinin "karvanını" təşkil edib və bu təyyarələr qoşun, silah və texnika qalıqlarını daşıyır. Hmeymim hərbi aviabazasından "Ulyanovsk", "Çkalovsk" və "Privoljsk" aerodromlarına bir neçə An-124 və İl-76MD təyyarələrinin uçuşları planlaşdırılıb.

Bundan əlavə, Rusiya donanmanın əlavə resurslarını da cəlb edir. Xüsusilə, Baltiskdə "Sparta II" yük gəmisi və "Aleksandr Şabalin" böyük desant gəmisi Tartusa göndərilmək üçün hazırlanıb. Eyni zamanda, Rusiyanın Şimal donanmasının "Aleksandr Otrakovski" və "İvan Qrin" böyük desant gəmiləri Aralıq dənizinə doğru hərəkət edir.

Tartus limanında ruslar təcili olaraq avadanlıq və hərbi əmlakın sökülməsini həyata keçirirlər. Limana artıq yüzlərlə Rusiya xüsusi təyinatlısı geri çəkilmə prosesinin təhlükəsizliyini təmin etmək üçün göndərilib.

Ukrayna Baş Kəşfiyyat İdarəsi həmçinin bildirib ki, Rusiya hərbçilərinin yerləşdiyi bazalardan biri mühasirədədir.
 
N.Təbrizli

www.anews.az
Seçilən
37
anews.az

1Mənbələr