AZ

“Gözəl olması vacib deyil, amma…” – İSTEDAD, YOXSA?

“Xarici görünüşdən də öncə aktrisada ən əsası istedad olmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında aktrisa Asya Atakişiyeva Dadaşova deyib.

O, “gözəllik, istedad, şans” – “aktrisa üçün hansı daha önəmlidir” sualını cavablandırıb:

“Mənə elə gəlir ki, istedad, savad və təcrübənin olması mütləqdir. Eyni zamanda, aktrisanın şarmı da olmalıdır. Gözəl olmasa da, şirinlik və çəkiciliyin olması onu tamaşaçıya daha çox sevdirər. Təbii ki, hər tamaşaçının öz zövqü var və aktrisanı dəyərləndirmək onun şəxsi seçimidir. Vacib deyil ki, gözəl olsun, amma aktrisa o obrazın öhdəsindən o qədər məharətlə gələ bilər ki, tamaşaçı onun xarici görünüşünə belə əhəmiyyət verməz. Dünya təcrübəsində də biz bunu şahidi oluruq. Buna da fitri istedad deyilir. Təbiilik də çox önəmlidir. Çünki tamaşaçı istər-istəməz qeyri-səmimiyyəti sezir və aktrisaya münasibəti dəyişir. Obrazı təbii şəkildə tamaşaçıya çatdırmaq lazımdır. Qaldı ki şansa, əlbəttə, şanslı olmaq da hər sənət adamına nəsib olmur”.

Cəvahir

Seçilən
10
yenicag.az

1Mənbələr