AZ

Xəstə anasını döyərək öldürdü – Qatilə verilən cəza…

İstanbulda 76 yaşlı Alzheimer xəstəsi Nuriyə Uzuncaoğlunu qətlə yetirən onun 54 yaşlı oğlu Cavit Uzuncaoğlu məhkəmədə “valideynə qarşı qəsdən adam öldürmə” ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, məhkəmədə müttəhim müdafiə çıxışında “mən belə bir şey etməmişəm”, – deyib.

Hadisə Fatihdə baş verib. 76 yaşlı Alzheimer xəstəsi Nuriyyə Uzuncaoğlu 54 yaşlı oğlu Cavit Uzuncaoğlu ilə birlikdə yaşadığı evdə ölü tapılıb. Ərinin ölümündən sonra İstanbulda yaşayan oğlu tərəfindən döyüldüyü iddia edilib.

İddialara görə, Uzuncaoğlu anasına “Sənin səliqə-sahmanını yığacağammı?”, “Atam sənin üzündən öldü”, – deyib. Alzheimer xəstəsi olan qadının cansız bədəni oğlunun qaldığı evdə tapılıb.

Ceyran

phrase_var_article.chosen
43
tribunainfo.az

1phrase_var_article.sources