Yazını böyüt
Yazını kiçilt
Bu ilin payız aylarında Azərbaycan üzrə yağıntıların miqdarı sentyabrda normadan aşağı, oktyabr və noyabrda normadan yuxarı olub.
Hafta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Bildirib ki, son on il ərzində Azərbaycan üzrə ən çox yağıntı 2016-cı ildə qeydə alınıb və iqlim normasından yuxarı olub:
"2016-cı ildə ölkə üzrə düşən yağıntının miqdarı ümumilikdə orta hesabla 570.7 mm təşkil edib. Ən çox yağıntılar oktyabr ayında Bakı və Abşeron yarımadasında (iqlim normasının 509 faizi), noyabr ayında isə Mərkəzi Aran rayonlarında (iqlim normasının 179 faizi) qeydə alınıb".