Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bizim.Media FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onbeşmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2022-ci il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta