AZ

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dekabrın 10-da vətəndaşların növbəti qəbulunu keçirib.

Bu barədə "Far.Az"a komitədən məlumat verilib.

Bildirilib ki, vətəndaşların müraciətləri, əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələləri əhatə edib.

Onlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə cavablandırılacaqdır. Qəbulda iştirak edən keçmiş məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını və o yerlərin dirçəldilməsinə töhfə verəcəklərini bildiriblər.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri qrafikə uyğun aparılır, soydaşlarımızın rahat və təhlükəsiz yaşayışının təmin olunması üçün bütün zəruri tədbirlər görülür", - qeyd olunub.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini daim diqqətdə saxladığı qeyd olunub.

Seçilən
7
2
far.az

10Mənbələr