AZ

"Azərbaycanda sosial inkişaf paketləri artır"- Vüsalə Hüseyinli

"Ötən beş ildə Azərbaycanda həyata keçirilən 4 böyük sosial islahat paketi 4 milyon nəfəri əhatə edib. Yanvardan etibarən növbəti sosial islahat paketi tətbiq ediləcək. Minimum əməkhaqqı və pensiyalar son illərdə əhəmiyyətli artım göstərib, əmək müqavilələrinin sayı 600 min artıb, əməkhaqqı fondu isə 3 dəfə yüksəlib".

QHT.az xəbər verir ki, bu sözləri “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib. O, bu artımların müasir dünya ölkələri ilə müqayisədə böyük miqyası əhatə etdiyini və Azərbaycanın sosial siyasətinin inkişafını vurğulayıb. QHT sədri həmçinin qeyd edib ki, sosial xidmətlərdə şəffaflıq artırılıb, 160 xidmətin 145-i elektronlaşdırılıb və 90%-i proaktiv şəkildə həyata keçirilir:

"Sosial inkişafla bağlı 2023-2026-cı illəri əhatə edən proqram çərçivəsində regionlarda sorğular aparılaraq, həssas qrupların və ahılların ehtiyacları qiymətləndirilir. Bu yanaşma peşəkar və şəffaf idarəetmənin göstəricisi kimi dəyərləndirilir".

 

Pərvanə Fərhadqızı

Seçilən
36
qht.az

1Mənbələr