AZ

Azərbaycan Suriyada baş verən prosesləri izləyir, Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir - XİN-in BƏYANATI

Azərbaycan Respublikası Suriyada baş verən prosesləri izləyir.Bu çərçivədə, eyni zamanda, qardaş Türkiyə ilə məsləhətləşmələrhəyata keçirilir.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Suriyadason vəziyyətlə bağlı bəyanatında deyilir.

“Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədəsülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına sonqoyulması mütləq dərəcədə vacibdir.

Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü vəsuverenliyinə dəstəyini bir daha ifadə edir və Suriya xalqınıniradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsiləməsələlərin həllini tapacağına umidvar olduğunu bildirir",bəyanatda vurğulanıb.

Bundan başqa qeyd olunur ki, Azərbaycan Respublikası qardaşTürkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdəSuriya xalqının üzləşdiyi humanitar problemlərin aradanqaldırılmasına töhfə verməyə hazırdır.

"Eyni zamanda, Azərbaycan Respublikasının Suriyada səfirliyininmövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarınınsayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır.Azərbaycan Respublikası həmçinin 2020-ci ildən başlayaraq TürkiyəRespublikasının ərazisi vasitəsilə həyata keçirilməkdə olanvətəndaşlarımızın Suriya Ərəb Respublikasından ölkəmizərepatriasiyasıyası işini davam etdirəcək.

Azərbaycan Respublikası Suriyada vəziyyət sabitləşəndən sonraAzərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpaolunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıqprinsipi əsasında inkişaf edəcəyinə ümidvardır", - bəyanatda əlavəolunub.

Məqalədə:
Seçilən
8
45
az.trend.az

8Mənbələr