Xəzər dənizinin Qazaxıstan hissəsində ildə 50 min tona qədər alabalıq yetişdirilməsi planlaşdırılır.
Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, bunu “Semurq İnvest” MMC-nin baş direktoru Nurjan Marabayev bildirib.
“Semurq İnvest” dəniz terminalları ilə yanaşı, əlavə iqtisadi və sosial fayda verəcək layihələr, o cümlədən akvakultura sahəsində layihə həyata keçirir. Bu layihə çərçivəsində Xəzər dənizinin bir bölməsində - Kurık limanından 20 kilometr cənubda ildə 50 min tona qədər həcmdə alabalıq yetişdirilməsi nəzərdə tutulur”, - deyə Marabayev vurğulayıb. Onun sözlərinə görə, bütün lazımi tədqiqatlar planlaşdırılıb, layihələndirmə tamamlanıb, texnologiya sınaqdan keçirilib və 2025-ci ildən layihənin icrasına başlanıla bilər.