AZ

21 həftəlik hamilə qadın evdə abort etmək istədi, ölümdən döndü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Zaqatalada hamilə qadın özünü evdə abort edib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki ,hadisə ötən gün Zaqatalanın Əliabad qəsəbəsində qeydə alınıb.
21 həftəlik hamilə olan 27 yaşlı Diana Kazımova yaşadığı evdə hamiləliyini sonlandırmağa qərar verib. Bu məqsədlə o, uşaqsalmada (abort) istifadə olunan xüsusi riskli dərman qəbul edib. Yüksək dozada dərman qəbul edən D. Kazımovanın vəziyyəti qəfil pisləşib. O, dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin vaxtında müdaxiləsi və səyi nəticəsində qadının həyatı xilas edilib.
Hazırda D. Kazımovanın müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Seçilən
23
38
oxu.az

10Mənbələr