AZ

İraq KİV: "Suriya 700 min iranlı və iraqlının vətəndaşlığını ləğv edib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bəşər Əsədin hakimiyyəti dövründə vətəndaşlıq alan 700 min iranlı və iraqlının Suriya vətəndaşlığından məhrum ediləcəyi iddia olunur.
"Azad İran" "Telegram" kanalı bu barədə İraq mətbuatına istinadən xəbər verib.
Məlumatı Dəməşqdə yerləşən Vətəndaşlıq Qeydiyyatı İdarəsi də təsdiq edib.
Qeyd edək ki, noyabrın 28-də Suriyanın silahlı müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçiblər. Onlar Hələb, Homs, Həmanı ələ keçirib və paytaxt Dəməşqə yaxınlaşıblar. Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçiriblər. Suriya ordusu komandanlığı Prezident Bəşər Əsədin hakimiyyətinin bitdiyini açıqlayıb. Bəşər Əsəd isə Dəməşqi tərk edərək Moskvaya uçub.
Seçilən
16
38
oxu.az

10Mənbələr