İFFHS-in açıqladığı klubların dünya reytinqində ən çox irəliləyişə nail olan Avropa təmsilçiləri müəyyənləşib.
İdman.biz xəbər verir ki, 31 pilləlik sıçrayışa nail olan “Turan Tovuz” da fərqlənənlər sırasında yer alıb.
Kurban Berdıyevin yetirmələri 527-ci yerdən 496-cıya yüksəliblər. Belə irəliləyiş Avropada 32-ci nəticədir. “Tvente”, “Rio Ave” və “Lex” də eyni qədər irəliləməyi bacarıb.
Avropa rekordçusu isə “Varajdin”dir. Xorvatiya klubu 606-cı yeri 486-cıya dəyişməklə 120 pillə yüksəlib. “Yurqorden” 108 addım irəliləyib. İsveçlilər 294-cü yeri 186-cıya dəyişiblər.
Qeyd edək ki, digər təmsilçilərimizdən “Sabah” 14, “Qarabağ” 5 pillə yüksəlibsə, “Zirə”nin mövqeyi dəyişməz qalıb.
İdman.biz