Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universitetinin elmi jurnalı olan“UNEC Journal of Engineering and Applied Sciences” (UNEC JEAS)Scopus bazasında indekslənib.
Sevindirici haldır ki, jurnal UNEC-in ilk müraciəti əsasında, Scopus tərəfindən heç bir iradolmadan beynəlxalq bazada indekslənib.
“UNECJEAS” jurnalı beynəlxalq standartlara uyğun olaraq, 2023-cüildən Rəqəmsal Obyekt İdentifikatorları (DOI) üçün rəsmi qeydiyyatagentliyi olan Crossref-in rəsmi üzvüdür və dərc edilən bütünməqalələrə agentlik tərəfindən təsdiq olunmuş DOI-lər verilir.Jurnal Crossref-lə yanaşı, qısa zamanda Index Copernicus, WorldCat,Google Scholar, Eurasian Scientific Journal Index, Cite Factor,Directory of Research Journals Indexing, Cosmos Impact Factor,Scientifi Indexing Service bazalarında da indekslənib.
Jurnalın 2024-cü ildəki daha bir uğuru nüfuzlu “ChemicalAbstract Service” (CAS) bazasına daxil edilməsi olub. Nəşrəbaşlandığı ilk gündən jurnalda ümümilikdə 57 elmi məqalə dərcolunub. Dərc olunmuş 37 məqaləyə Scopus və Web of Sciencebazalarında indekslənmiş jurnallardakı məqalələrdən 160-dan çoxistinad edilib.
2021-ci ilin dekabr ayından yayımlanan “UNEC Journal ofEngineering and Applied Sciences” jurnalı www.unec-jeas.com veb səhifəsi üzərindən, eləcə də çapversiyasında buraxılır. Jurnal ildə iki dəfə olmaqla (may və dekabraylarında), dərc edilir. Jurnalın baş redaktoru UNEC-in elm vəinnovasiyalar üzrə prorektoru, professor Rövnəq Rzayevdir.