AZ

Londondakı Azərbaycan məktəbində tədbir keçirilib

Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbində (BEAS) Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.

SİA xəbər verir ki, tədbir Azərbaycan mədəniyyətini və irsini yaşatmağı, eyni zamanda, Britaniyada yaşayan azərbaycanlıları bir araya gətirməyi hədəfləyib. Tədbirdə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov da iştirak edib.

Tədbir çərçivəsində məktəbin tələbələri konsert proqramı ilə çıxış ediblər. Həmçinin Britaniyada yaşayan azərbaycanlı sənətkarların və sakinlərin əl işlərindən ibarət sənətkarlıq yarmarkası təşkil olunub. Yarmarkada zərgərlik məmulatları, bəzək əşyaları, keramika, kitablar və digər əl işləri nümayiş etdirilib və satışa çıxarılıb. Bu, yalnız mədəni irsimizin nümayişi deyil, həm də Azərbaycan mədəniyyətinə marağın artırılması baxımından mühüm bir addım olub.

Tədbirin təşkilatçılarından Rauf Xəlilov, Səbinə Rakçeyeva və Səbinə Quliyeva bildirib ki, belə tədbirlər həm Azərbaycan mədəniyyətini xaricdə yaşatmaq, həm də müxtəlif icma üzvlərini birləşdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Məktəbin təsisçiləri və rəhbərləri vurğulayıblar ki, tədbirin məqsədi həm də Azərbaycan mədəniyyətinə maraq göstərən digər icmalara ölkəmizin zəngin irsini tanıtmaqdır.

Tədbirdə Britaniyada yaşayan azərbaycanlı ailələr, tələbələr, eləcə də müxtəlif millətlərdən olan qonaqlar iştirak ediblər. Təşkilatçılar tədbirin uğrunda əməyi keçənlərə xüsusi təşəkkürlərini bildiriblər. Onlar bildiriblər ki, BEAS rəhbərliyi gələcəkdə də oxşar layihələr həyata keçirərək Azərbaycan mədəniyyətini Britaniya ictimaiyyətinə daha geniş miqyasda tanıtmağı hədəflədiyini bildirib.

phrase_var_article.chosen
17
1
sia.az

2phrase_var_article.sources