AZ

Türkiyə Suriyada əməliyyata başladı

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada terrorçulara qarşı əməliyyata başlayıb.

hakimiyyet.az "TRT Haber"ə istinadən xəbər verir ki, MİT Suriyadakı vəziyyətdən sui-istifadə etmək istəyən PKK/YPG terror təşkilatının Kamışlı bölgəsində Bəşər Əsəd rejimindən qalan raket, ağır silah və sursatları ərazidən çıxarmaq istədiyini müəyyənləşdirib.

Bundan sonra əməliyyata başlanılıb. Nəticədə raket və ağır silahlarla dolu 12 yük maşını, iki tank və iki sursat anbarı məhv edilib.

Məlumata görə, terrorçular həmin silahlardan Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etmək istəyib.

MİT mənbələri bildirib ki, regionda terrorçulara qarşı mübarizə davam edəcək.

MİT, terör örgütü PKK/YPG'nin Esed rejiminden ele geçirdiği füze, ağır silah ve mühimmatların yüklü olduğu 12 tır, 2 tank ve 2 mühimmat deposunu imha etti.https://t.co/qeHadIYHme pic.twitter.com/WnStMCJUEd

— TRT HABER (@trthaber) December 10, 2024

Seçilən
21
25
hakimiyyet.az

10Mənbələr