Naxçıvanda hərbi hissələrdən birində odlu silahdan açılan atəş nəticəsində həlak olan əsgər Cəfərli Tarıverdi Zaur oğlu İmişli rayon sakinidir.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, İmişli rayonunun Qızılkənd kəndində anadan olub.
Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cəfərli Tarıverdi Zaur oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub.
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.
Aytəkin Alxaslı, Bizim.Media