AZ

Ayaqları çürüyən Mahir Cürətin SON HALI

"Meyxananı gözdən salıblar".

Publika.az xəbər verir ki, bunu "Baku" TV-də yayımlanan "Arzunun vaxtı" verilişində meyxanaçı, qəzəlxan Mahir Cürət deyib.

Əvvəllər olduğu kimi toylara getmədiyini söyləyən M.Cürət meyxananın hazırkı vəziyyətindən gileylənib:

"Artıq meyxananın ləzzəti qalmayıb. İnsanlar mənə "Ay şair, niyə belə oldu? Siz aramla deyirdiniz, indi heç meyxanalara baxmırıq" deyirlər".

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən qəzəlxan bildirib ki, əvvəl vəziyyəti çox pis olub:

"Ayaqlarımın kəsilmə təhlükəsi var idi. Amma müalicədən sonra sağaldım, indi yaxşıyam. Ayda bir dəfə həkim yoxlanışına gedirəm. Yaradıcılığımla, sənətimlə məşğulam. Hər kəs məndən yeni kitab istəyir. İstəyirəm ki, kitabımı 1 000 tirajla çıxarım".

Seçilən
9
4
publika.az

10Mənbələr