AZ

Qvardiola "Mançester Siti"dən ayrıldıqdan sonra hansı komandaya rəhbərlik edəcək?

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə klubunu tərk etdikdən sonra başqa komandalarla işləmək istəmədiyini açıqlayıb.

hakimiyyet.az-ın məlumatına görə, "The Mirror" nəşrinə verdiyi müsahibədə Qvardiola "Mançester Siti"ni tərk etdikdən sonra başqa bir klubda işləmək fikrində olmadığını bildirib:

"Bir müddət sonra bu işin kifayət olduğunu hiss edəcəyəm və dayanacağam. Mən başqa ölkəyə gedib eyni işi etmək istəmirəm, bu mövzu ilə əlaqədar hər hansı bir planım yoxdur".

53 yaşlı ispaniyalı məşqçi gələcəkdə milli komanda ilə işləmək ehtimalını da istisna etməyib, lakin bunun başqa bir təcrübə olacağını əlavə edib.

Seçilən
6
2
hakimiyyet.az

2Mənbələr