AZ

Misdən hazırlanan gəmi lövbərlərinin istehsalı və xaricə ixracı ilə məşğul olan şirkət vəsaiti ölkəyə qaytarmadı

Misdən hazırlanan gəmi lövbərlərinin istehsalı və xaricə ixracı ilə məşğul olan "Corporation-Vvide profil of Az Metal" cərimələnib.

 

Pravda.az-ın xəbərinə görə, qərar Sumqayıt Şəhər Məhkəməsində hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

 

Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Xəyal Quliyev

Tarix: 11 Dekabr 2024, 07:47   
Seçilən
3
41
pravda.az

10Mənbələr