Bakı. Trend:
2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən Türkmənistanakimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə8,8 faiz artaraq, 156 milyon 946 min 3 dollara bərabər olub.
Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə Türkmənistana 16 milyon 983 min86 dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu dakeçən ilin noyabr ayı ilə müqayisədə 3,1 faiz azdır” – deyənazirlikdən bildirilib.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi məhsulixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq, 28milyard 147 milyon 342 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 2 milyard 535 milyon 204 mindollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilinnoyabr ayı ilə müqayisədə 11,1 faiz azdır” – deyə nazirlikdənbildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024)Türkiyə 30 milyard 843 milyon 824 min dollar məbləğində kimyəviməhsul ixrac edib.