AZ

Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.

Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.52 ABŞ dolları, yaxud da 0.55 % artaraq 75.91 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin qiyməti 0.14 ABŞ dolları və ya 0.19 % artaraq 73.90 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Seçilən
0
14
valyuta.az

10Mənbələr