Bakı, 11 dekabr, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, gecənin ilk oyunları İspaniya və Fransada keçiriləcək. Müvafiq olaraq, “Atletiko” Slovakiyanın “Slovan” komandasını, “Lill” isə Avstriyanın “Şturm” klubunu qəbul edəcək.
Turun maraqla gözlənilən görüşlərində İspaniya “Barselona”sı Almaniyada Dortmund “Borussiya”sının, İngiltərənin “Mançester Siti” klubu İtaliyada “Yuventus”un, Fransa “Monako”su isə İngiltərə “Arsenal”ın qonağı olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VI tur
11 dekabr
21:45. “Atletiko” (İspaniya) - “Slovan” (Slovakiya)
21:45. “Lill” (Fransa) - “Şturm” (Avstriya)
00:00. “Borussiya” (Dortmund, Almaniya) - “Barselona” (İspaniya)
00:00. “Yuventus” (İtaliya) - “Mançester Siti” (İngiltərə)
00:00. “Benfika” (Portuqaliya) - “Bolonya” (İtaliya)
00:00. “Arsenal” (İngiltərə) - “Monako” (Fransa)
00:00. “Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya)
00:00. “Feyenoord” (Niderland) - “Sparta” (Çexiya)
00:00. “Ştutqart” (Almaniya) - “Yanq Boyz” (İsveçrə
Qeyd edək ki, Liqa mərhələsində VII turun oyunları 2025-ci il yanvarın 21-22-də keçiriləcək.