Fərid Axundov 1 yanvar 2025-ci il tarixindən etibarən "PAŞA Bank"ın Müşahidə Şurasından ayrılacağını açıqlayıb.
Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Fəaliyyətimi Bakı Fond Birjasının Müşahidə Şurasının sədri olaraq davam etdirəcəm” - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Fərid Axundov PAŞA Bankda öz fəaliyyətini 2007-ci ildə İdarə Heyətinin Sədri qismində başlayıb və 2015-ci ildə Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta