AZ

Yeni virus təhlükəsi: Ölümcül nümunələr olan yüzlərlə flakon yoxa çıxdı

Yazını böyüt
Yazını kiçilt

Avstraliyada əhalinin sağlamlığını ciddi şəkildə təhdid edən mühüm hadisə baş verib. Laboratoriyadan 323 flakon ölümcül virus yoxa çıxıb.

Hafta.az-ın yazdığına görə, Avstraliyanın Kvinsland şəhərindəki Xalq Sağlamlığı Virusologiya Laboratoriyasında baş verən hadisə bütün ölkəni narahat edib. Hendra, Lyssavirus və Hantavirusa aid 323 flakon ölümcül virus nümunəsinin laboratoriyadan yoxa çıxması "ciddi biotəhlükəsizlik protokolu pozuntusu" olaraq xarakterizə edilərkən, Kvinsland Səhiyyə Naziri Tim Nikolls məsələni dərindən araşdırmaq üçün hərtərəfli təhqiqata başlanıldığını açıqlayıb. Bildirilib ki, təhqiqata Ali Məhkəmənin təqaüdçü hakimi Martin Daubni rəhbərlik edəcək və əvvəllər Virusların Müəyyənləşdirilməsi Laboratoriyasının rəhbəri olmuş təcrübəli tədqiqatçı Culian Druce birgə müstəntiq təyin edilib.

Nazirlik oxşar hadisənin təkrarlanmaması üçün kadr hazırlığının gücləndirilməsi, laboratoriya prosedurlarının nəzərdən keçirilməsi və icazə proseslərinin ciddi nəzarətə götürülməsi kimi tədbirlər gördüyünü açıqlayıb. "Daily Mail"dən alınan xəbərə görə, Kvinsland səlahiyyətliləri, laboratoriya işçilərinin materialları düzgün saxlamalarını və bütün əməliyyatların tam şəkildə qeyd olunmasını təmin etmək üçün təcrübələri artıracaqlarını ifadə edərkən, itkin virus nümunələri üzərində aparılan araşdırmaların heç bir problem yaratmadığına diqqət çəkib.

İctimaiyyətin narahatlığını sakitləşdirmək üçün Kvinsland Baş Səhiyyə Mütəxəssisi Con Herrard vurğulayıb ki, Hendra, Lyssavirus və Hantavirus nümunələri uzun müddət aşağı temperaturda saxlanmasalar, tez xarab olur və beləliklə də yoluxucu xüsusiyyətlərini itirirlər. Dr. Herrard, itkmiş virusların böyük ehtimalla rutin bir laboratoriya proseduru olan avtoklavlama yolu ilə məhv edildiyini, lakin bu prosesin düzgün qeydə alınmadığını vurğulayıb.

O, həmçinin son 5 ildə bölgədə heç bir Hendra və ya Lyssavirus hadisəsinə rast gəlinmədiyini, Hantavirusun Avstraliyada heç vaxt insanlarda görülmədiyini və bu vəziyyətin xalq sağlamlığı üçün ciddi təhlükə yaratmadığını bildirib. Bu məlumat ictimaiyyətin gözündə arxayınlıq yaratsa da, hadisənin laboratoriya təhlükəsizlik standartları və qeyd prosedurlarının yenidən təşkilini tələb etdiyini bir daha ortaya qoyub.

Seçilən
19
5
hafta.az

7Mənbələr