AZ

Koreya polisi Prezident Administrasiyasında axtarışlara başlayıb

Cənubi Koreya polisi prezident Yun Seok Yeolun Administrasiyasında axtarışlara başlayıb.

Modern.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Söhbət hərbi vəziyyət hadisələrini araşdırmaq üçün yaradılmış xüsusi istintaq qrupundan gedir. Bundan əlavə, polis Milli Polis Agentliyinin qərargahında, Böyükşəhər Polis İdarəsinin qərargahında və Milli Assambleyanın Polis Mühafizəsinin ofisində də axtarışlar aparır.

Agentliyin məlumatına görə, prezident Yun Seok Yeol özü Administrasiyasında axtarış aparılarkən orada olmayıb.

Koreya Respublikasının tarixində ilk dəfə olaraq konstitusiya quruluşunu devirmək üçün üsyan cəhdi halında dövlət başçısının ölkədən çıxışı qadağan edilib.

Cənubi Koreya qanunları vəzifədə olan bir prezidentin dövlətə xəyanət və qiyam ittihamı ilə mühakimə olunmasına icazə verir.

Seçilən
3
2
modern.az

6Mənbələr