Yeni il yaxınlaşdıqca planlar qurulmağa, hədəflər təyin olunmağa başlayır. Ay və Günəşin hərəkətləri ilə formalaşan astroloji təsirlər bürclərin həyatını istiqamətləndirir. 2025-ci ilə girərkən ən çox gülümsəyəcək 6 bürc artıq müəyyənləşib.
AZXEBER.COM Türkiyə mediasına istinadən 6 bürcü təqdim edir:
QOÇ
2025-ci ildə Yupiter ilin çox hissəsi Qoç bürcündə olacaq və bu bürc üçün şans, genişlənmə və xoşbəxtlik gətirəcək. Xüsusilə karyera və şəxsi məqsədlərlə bağlı əhəmiyyətli irəliləyişlər gözləmək olar.
ƏKİZLƏR
Əkizlər bürcündə insanlar Uran və Yupiterin müsbət cəhətləri sayəsində yeniliklərə açıq bir il keçirə bilərlər. Sosial mühitdə və ünsiyyət sahələrində uğur qazanacaqları üçün xoş bir il keçirə bilərlər.
ŞİR
2025-ci ildə Şirlərin sevgi, yaradıcılıq və hobbi ilə əlaqəli sahələrdə Yupiterin dəstəyi ilə xoşbəxtliyə nail olma ehtimalları yüksəkdir.
TƏRƏZİ
2025-ci ildə Tərəzilər münasibətlərdə və ictimai həyatda daha ahəngdar bir dövr yaşaya bilərlər. Saturn və Neptunun müsbət təsirləri onlara uzunmüddətli xoşbəxtlik gətirəcək qərarlar qəbul etməyə kömək edəcək.
OXATAN
Oxatan bürcü 2025-ci ildə macəralı və müsbət enerjisi ilə Yupiterin təsirini hiss edəcək. Yeni təcrübələr və səyahət imkanları xoşbəxtliyi artıra bilər.
BALIQLAR
Neptunun öz bürcündəki hərəkəti davam edərkən, Balıqlar üçün xəyallar və yaradıcılıq sahəsində yaxşı inkişaflar ola bilər. Saturnun Balıqda olması Balıqlara arzularını konkretləşdirməyə kömək edəcək və bu, dərin məmnunluq hissi yarada bilər.
Oksana