AZ

Piylənmə ürək problemlərinin  əsas mənbəyidir

Piylənmə

Piylənmə və bunun nəticəsində yaranan ürək xəstəlikləri günümüzün ən mühüm sağlamlıq problemlərindəndir. Son illərdə infarkt nəticəsində ölüm hallarının artması və gənc yaşlarda azalması bilavasitə həyat tərzinin dəyişməsi və ətraf mühit faktorları ilə bağlıdır.

Emlakbazari.az

E-saglam.az yazıçı Harun Aygününün tərcümə olunmuş məqaləsini təqdim edir:

İndi bir çox insan bu vəziyyətin əsas səbəblərini bilir. Qidalanma vərdişlərindən tutmuş həyat tərzinə qədər bir çox faktorlar artıq çəkiyə, başqa sözlə desək, çağımızın xəstəliyi olan “piylənməyə” səbəb olur.

Artıq çəkinin əsas səbəbi yemək vərdişlərimizdir. Xüsusilə hazır və emal olunmuş qidaların istehlakı piylənmənin əsas səbəblərindən biridir. Fast food və işlənmiş qidalar, yüksək kalorili, şəkərli və trans yağ tərkibi ilə piylənməyə ən qısa yol yaradır. Gənclərin və məktəb yaşlı uşaqların bu cür qidalardan tez-tez istifadə etməsi bir çox sağlamlıq problemlərinə, xüsusilə də ürək xəstəliklərinə səbəb olur.

Uşaqlıq dövründə piylənmə nisbətlərinin artması damarlarda yağ yığılmasına və erkən yaşlarda metabolik sindroma səbəb olur. Erkən yaşda qazanılan qeyri-sağlam vərdişlər sonrakı illərdə ürək-damar sağlamlığına mənfi təsir göstərir. Əvvəllər ətrafımda müəyyən yaşdan yuxarı insanlar öz sağlamlıqları, xüsusən də ürək xəstəlikləri ilə bağlı kömək istəyirdilərsə, indi azyaşlı uşaqların sağlamlıq problemlərinə görə kömək istəyənlərin sayı artır. Bəs niyə uşaqlar? Ən əhəmiyyətli səbəb balanssız qidalanmadır. Vitaminlər, minerallar və liflə zəngin olmayan bir pəhriz, xüsusən də hazır qidalar ateroskleroz və xolesterol, yəni bədəndə yağ yığılmasına səbəb ola bilər.

Müasir həyat tərzi, stolüstü işlər və rəqəmsal cihazlarla sərf olunan uzun saatlar fiziki fəaliyyəti azaldır. Bu, çəki artımını və ürək-damar xəstəlikləri riskini ciddi şəkildə artırır. Xüsusilə uşaqlar üçün, valideynlərə rahatlıq üçün telefon və ya planşet vermək bu problemi daha da gücləndirir. Uzun müddət hərəkətsiz qalan uşaqlar zamanla çəki problemi və ürək xəstəlikləri riski ilə üzləşirlər. Müasir şəraitdə yaşamaq uğrunda mübarizə və demək olar ki, hər kəsə təsir edən ekoloji amillər insanlarda həddindən artıq stress yaradır. Daimi stress qan təzyiqini artırır, hipertoniya və infarkt üçün yol açır. Bundan əlavə, stress həm də qeyri-sağlam qidalanma vərdişlərinə səbəb olur.

Xroniki hava çirkliliyi, nizamsız yuxu və ya yuxu apnesi kimi problemlər ürəyə yükü artıraraq risklər yaradır.

Peyvəndlərin heç bir təsiri yoxdur

Beləliklə, pandemiya dövründə vurulan peyvəndlər həqiqətənmi bu gün tez-tez rast gəlinən infarktların səbəbidir? Prof. Dr. Nəzmi Narin deyir ki, “Pandemiya dövründə vurulan peyvəndlərin ürək xəstəliklərini tətiklədiyi və bəzi xəstəliklərə səbəb olması ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır”. Laboratoriyalarda və universitetlərdə heç bir elmi araşdırmanın, tapıntının olmadığını deyən Narin “Bu gün belə xəstəliklərin əsas səbəbi qidalanma və oturaq həyat tərzidir” - deyərək müzakirəyə son qoyur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
18
e-saglam.az

1Mənbələr