Bakı, 11 dekabr, AZƏRTAC
2018-2023-cü illər arasında İslam ölkələrinin vətəndaşları üçün Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) dəstəyi ilə həyata keçirilən təhsil və təlim proqramları xüsusi əhəmiyyət daşıyır. Azərbaycan XİN və Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan bu proqramlar son 5 il ərzində 80-dən çox Afrika ölkəsindən olan vətəndaşlara təhsil verməyə imkan yaradıb.
AZƏRTAC xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Elm və Ali Təhsilin Beynəlmilləşməsi Forumunda deyib. O bildirib ki, bu proqramların uğurlu təcrübəsindən faydalanaraq, 2023-cü ildə Azərbaycan XİN-in dəstəyi ilə yaradılmış Beynəlxalq Təhsil və Təlim Proqramı, beynəlxalq əməkdaşlıq platforması yaradılıb.
“Bundan əlavə, biz xalqımızın tarixi, etnik və mədəni əlaqələri olan ölkələrlə əlaqələri daha da dərinləşdiririk və qlobal humanitar səylərimizi genişləndiririk”, - deyə nazir müavini bildirib.