Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Mingəçevir şəhərində yerləşən “Heydər”, “Zəhra”, Mingəçevir kənd “Cümə” məscidlərini və Yevlax rayonu Havarlı kənd məscidini ziyarət edib.
Dövlət Komitəsindən Viral.az-a verilən məlumata görə, Ramin Məmmədov ibadət yerlərində fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı dini sahədə dövlət siyasətinin dünyəvilik, vicdan və dini etiqad azadlığı, dinlərin bərabərliyi kimi prinsiplərə əsaslandığını bildirib.
Dövlət Komitəsinin sədri dinin cəmiyyətdəki rolu və dini tolerantlığın təşviqi ilə bağlı fikirlərini bölüşərək, dövlətin dini icmalara dəstəyinin mühüm əhəmiyyət kəsb etdiyni vurğulayıb.
Son Yazılar:
- Ramin Məmmədov Mingəçevir və Yevlaxda məscidləri ziyarət etdi
- Prezidentin nəvələri Messi ilə bir arada
- Çempionlar Liqasını vaxtından əvvəl tərk edəcək ilk komanda bəlli oldu
Komitə sədri diqqətə çatdırıb ki, din xadimləri fəaliyyətlərində Azərbaycanda tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin təbliği, dövlətçilik və vətənpərvərlik prinsiplərini əsas götürməlidirlər.
Görüş zamanı R.Məmmədov bu cür ziyarətlərin dini icmaların fəaliyyətini və onların ehtiyaclarını öyrənmək məqsədi daşıdığını, eləcə də dini icmalar ilə dövlət arasında əməkdaşlığı daha da gücləndirmək baxımından vacib olduğunu qeyd edib.
Müxtəlif məsələlərlə bağlı rəy və təkliflərini bildirən din xadimləri Azərbaycanda dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, dini icmalara göstərilən qayğıdan məmnunluqlarını ifadə ediblər.