Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Heydər Əliyev-Böyük tarixi şəxsiyyət” mövzusunda tədbir keçirilib.
Tədbirdə ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının və şəhər Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, gənclər iştirak edib.
Öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, xalqımız üçün müstəsna xidmətləri ilə əbədiyaşarlıq qazanan Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrilib. Vurğulanıb ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi, istedadı hər bir azərbaycanlı üçün məktəbdir. Bu gün Ümummilli Liderin memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir. Bildirilib ki, dünya dövlətləri sırasında layiqli yer tutan, mövqeyini günbəgün möhkəmləndirən Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir məktəblilərin hazırladıqları “Sən elə bir Zirvəsən” adlı kompozisiya ilə davam etdirilib.