AZ

Məhkəmə Rüfət Səfərov barəsində yeni qərar verib

Məhkəmə

Hüquq müdafiəçisi Rüfət Səfərov barəsində çıxarılan həbs qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb. Binəqədi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Rüfət Səfərov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Seçilən
26
30
reyting.az

10Mənbələr