AZ

Tramp Ukraynada müharibəyə son qoymağı özünün əsas prioriteti adlandırıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Ukraynada müharibəyə son qoyulması vəzifəyə gəldikdən sonra onun əsas prioriteti olacaq, “Barron” yazır.

"Düşünürəm ki, biz Ukraynanın Rusiya ilə müharibə problemini həll etməliyik. Bu ölkələrin hər ikisi heç kimin inana bilməyəcəyi itkilər verir. Yüz minlərlə əsgər ölür", - Tramp Fransa mətbuatına müsahibəsində deyib.

"Əlbəttə ki, Yaxın Şərq böyük prioritetdir. Amma düşünürəm ki, Yaxın Şərqdə vəziyyət Ukrayna və Rusiyadan daha az mürəkkəbdir", - Tramp bildirib.

O, bu problemin “tezliklə həll edilməsinin” vacibliyini vurğulayıb.

Eləcədə Tramp, Vaşinqtonu Suriyadakı vəziyyətə qarışmamaq çağırışını da təkrarlayıb.

Tramp müsahibəsində deyib: “Suriya özü özünün qayğısına qalmalı olacaq”. “Biz Suriyanın işlərinə qarışmayacağıq”.

Bundan əvvəl Tramp müharibəni 24 saat ərzində bitirmək vədini şərh edib. O, söz verib ki, əlindən gələni etməyə çalışacaq, lakin bunun çox çətin olacağını da deyib.

Tramp həmçinin bildirib ki, Parisdə Vladimir Zelenski ilə görüş zamanı Ukraynada genişmiqyaslı müharibə və ona son qoymaq imkanlarını müzakirə ediblər. Eyni zamanda Tramp Zelenskinin atəşkəsdə maraqlı olduğunu və “sülh istədiyini” vurğulayıb.

“Reuters” yazır ki, Parisdəki görüşdə Tramp “mehriban, hörmətcil və qulaq asmağa hazır görünürdü”. O, dərhal atəşkəs olmasını və müharibəni tez bir zamanda dayandırmaq üçün danışıqlar aparmaq istədiyini bildirmışdı.

Almaz Həsənli

Seçilən
5
oxumeni.az

1Mənbələr