Lənkəranda 1974-cü il təvəllüdlü Səidə Əbdül qızı Səfərova intihar edib.
Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə, hadisə ötən gün rayonun Bürcəli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini S. Səfərova yaşadığı evin həyətində meyvə ağacında özünü asaraq intihar edib.
Qeyd edək ki, 3 uşaq anası olan qadın zob xəstəliyindən əziyyət çəkirmiş. Həmçinin ötən il bacısının vəfatından sonra sarsıtı keçirdiyi bildirilir. Bu haqda üzərindən çıxan məktubda qeydlər tapılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.