Bakının Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanan layihə Nəqliyyatın Əlaqələndirmə Şurasında razılaşdırılıb.
AYNA xəbər verir ki, layihəyə əsasən Qurban Xəlilov küçəsindən Nərimanov prospekti istiqamətində, eləcə də Nərimanov prospektindən Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri arasında yaranan mövcud mübahisəli vəziyyətin aradan qaldırılması və növbəli hərəkətin təşkil edilməsi məqsədilə kəsişmənin işıqfor vasitəsilə nizamlanması, sözügedən yol kəsişməsindəki piyada keçidlərinin yeri dəyişdirilməklə daha təhlükəsiz formada təşkili məqsədəuyğun hesab edilir.