Rus qoşunları eyni vaxtda Donetsk (Ukrayna) və Kursk (Rusiya) vilayətlərinin yeddi yaşayış məntəqəsi ərazisində irəliləyiblər.
Hurriyyet.az xəbər verir ki, söhbət Donetskin Toretsk, Kuraxiv, Rozliv, Sontsivka, Puşkino və Şevçenko, eləcə də Kurskun Çerkas Konopelka kəndlərindən gedir.
Həmçinin Ukrayna qüvvələri yolun Kuraxiv istiqamətində, Kostyantinopolsk qəsəbəsi ətrafında rusların hücumunu dəf ediblər./teleqraf.az/